• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Lənkəranda fərdi yaşayış evi tamamilə yanıb

HADİSƏ

26 Noyabr 2026 | 12:09 | Müəllif: Əli Hüseynov

Lənkəranda fərdi yaşayış evi tamamilə yanıb

Lənkəranda yaşayış evi tamamilə yanıb.

Bakıvaxtı.az-ın məlumatına görə yanğın hadisəsi rayonun Şıxəkəran kəndində baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü Rəsmiyə Yədulla qızı Əliyevaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan, bir mərtəbəli üç otaq, iki mətbəx, dəhliz və kürsidən ibarət olan yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Ailə üzvlərindən xəsarət alan olmayıb. Alovun kənar tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verməsi aparılacaq ekspertizadan sonar müəyyən olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026