Litva Dövlət Sərhəd Mühafizə Xidmətinin (VSAT) rəisi Donatas Şkarnulis Rusiya ilə sərhədin bağlanmasını "lazımsız" adlandırıb.
Bakıvaxtı.az "LRT"yə istinadən xəbər verir ki, o, hazırda sərhəd keçidlərini bağlamağa ehtiyac olmadığını açıqlayıb.
Şkarnulis bildirib ki, Kalininqradla sərhəd Litva üçün vacibdir.
Onun sözlərinə görə, son vaxtlar Belarus istiqamətində sərhədin gücləndirilməsinə çoxlu vəsait xərclənib. İndi isə Rusiya sərhədinin də eyni şəkildə gücləndirilməsinə ehtiyac var.
Gülşən Şərif
















