• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Dərsliklər üzərindən ajiotaj yaradılır” - Yalçın İslamzadə

CƏMİYYƏT

26 Noyabr 2026 | 15:40 | Müəllif: Günəş Mərd

“Dərsliklər üzərindən ajiotaj yaradılır” - Yalçın İslamzadə

"Dərsliklər ətrafında yaranan müzakirələrin bir səbəbi də sosial şəbəkələrdə viral olmaq istəyidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu fizika və təbiət dərsliklərinin həmmüəllifi Yalçın İslamzadə jurnalistlər üçün təşkil olunan təlim-müzakirə sessiyasında deyib.

O bildirib ki, cəmiyyətdə yaxşı işi təqdir etmək və bununla yanaşı konstruktiv irad bildirmək yanaşması kifayət qədər formalaşmayıb. Sosial şəbəkələrdə hər kəsin viral material hazırlamağa çalışması isə bəzən məsələlərin mahiyyətindən uzaqlaşmasına səbəb olur.

Y.İslamzadə dərsliklərlə bağlı son müzakirələrdən danışarkən “Baku TV”də yayımlanan “Aktual gündəm” proqramını və orada baş verənləri nümunə göstərib.

Onun sözlərinə görə, Elçin Abbasov dərsliklərdə aşkar etdiyini düşündüyü nöqsanlarla bağlı televiziya proqramında çıxış edib. Həmmüəllif hesab edir ki, Abbasov məsələni ictimai müzakirəyə çıxarmazdan əvvəl dərslik müəllifləri ilə əlaqə saxlayaraq irəli sürdüyü iradları müzakirə edə bilərdi.

Y.İslamzadə proqramda səsləndirilən fikirlərin müəlliflərə qarşı etik olmayan münasibətə çevrildiyini düşünür. O, həmçinin aparıcının dəvət etdiyi şəxsin mütəxəssisliyini və səsləndirdiyi iddiaların əsaslarını əvvəlcədən araşdırmalı olduğunu vurğulayıb.

Həmmüəllifin fikrincə, belə müzakirələrdə məqsəd problemi araşdırmaq və konstruktiv tənqid aparmaq olmalıdır, məsələni şouya çevirmək yox.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026