Azarkeşlərimizi təhlükəyə atan və onların fundamental hüquq və azadlıqlarını hədəf alan bu cür hərəkətlər qarşısında səssiz qala bilmərik.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Batumidə “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında türkiyəli azarkeşlərə qarşı polis zorakılığı ilə bağlı yaydığı açıqlamada deyilir.
TFF hadisələrin aydınlaşdırılmasını, məsul şəxslərin müəyyən edilməsini və dərhal lazımi tədbirlərin görülməsini təmin etmək üçün prosesi sona qədər izləyəcəyini bildirib.
















