"TikTok" insanın, xüsusən də gənclərin beynini məhv edən dəhşətli bir şeydir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Qazaxıstan prezidenti bildirib ki, "Düzgün və bacarıqla istifadə edildikdə smartfonla, kənddə və ya kiçik bir şəhərdə oturub pul qazana bilərsiniz. İnternetə çıxış imkanı varsa. İnsanlara sadəcə bu öyrədilməlidir".
















