• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda surroqat analıq qadağan edilir

DÜNYA

22 Noyabr 2026 | 15:04 | Müəllif: Günəş Mərd

Gürcüstanda surroqat analıq qadağan edilir

Gürcüstanda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası surroqat analığın tamamilə qadağan edilməsi barədə qərar qəbul edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə açıqlama verib.

“Müvafiq qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq. Məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə də fəal müzakirələr aparılır. Qərar surroqat analıqla bağlı ciddi etik və hüquqi risklər nəzərə alınaraq qəbul edilib”, – deyə o bildirib.

Parlamentari xüsusilə insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunması ilə bağlı narahatlıqları vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Gürcüstan hakimiyyəti surroqat analıq xidmətlərinin xarici vətəndaşlar üçün qadağan edilməsini müzakirə etmişdi. Lakin indi bu fəaliyyətin ölkə ərazisində tamamilə qadağan olunması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026