• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avstraliyada atılmış divanın içərisində insan qalıqları tapılıb

DÜNYA

22 Noyabr 2026 | 09:52 | Müəllif: Günəş Mərd

Avstraliyada atılmış divanın içərisində insan qalıqları tapılıb

Avstraliyada polis sakinlərin pis qoxudan şikayət etməsindən sonra atılmış divanın içərisində insan qalıqları aşkarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "news.com.au"ya istinadən xəbər verir ki, hadisə noyabrın 11-də Sidney şəhərində baş verib. Köhnə divanın içərisində brezentə bükülmüş, başı və ətrafları olmayan insan cəsədi tapılıb.

Araşdırma zamanı qalıqların Sidneyin qərbində yaşayan 48 yaşlı kişiyə məxsus olduğu ehtimal edilib. Məlumata görə, həmin şəxs narkotik asılılığından müalicə alıb və narkotik qaçaqmalçılığı ilə əlaqəsi ola bilərdi.

Polis bildirib ki, kişinin itkin düşməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Xaricdə yaşayan qohumları isə onun ölümündən artıq xəbərdar olublar.

Yeni Cənubi Uels polisi hadisəni ərazi üçün qeyri-adi hal kimi qiymətləndirib. Faktla bağlı araşdırma davam edir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026