Fransa Avropa Şurası sədrinin 2028–2034-cü illər üzrə büdcə layihəsini rədd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi Yelisey Sarayının bəyanatına istinadən məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makronun administrasiyasının açıqlamasına görə, Avropa İttifaqının növbəti uzunmüddətli büdcəsi ilə bağlı danışıqlar planı böyük məyusluq doğurur:
"Sənəd gözləntiləri doğrultmur. Xüsusilə də Ümumi Kənd Təsərrüfatı Siyasəti və fermerlərə gəlir subsidiyalarının verilməsi məsələsində. Təklif mövcud formada "razılaşma üçün əsas ola bilməz".
Avropa Şurasının sədri Antonio Kosta Aİ-yə üzv dövlətlərə Avropa İttifaqının 2028–2034-cü illər üçün yeddiillik büdcəsinə dair kompromis layihə göndərib. Bu təkliflə bağlı fikir ayrılığı doğuran məqamlar noyabrın 26–27-nə təyin edilmiş təcili Aİ sammitinə çıxarılacaq.
















