• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İrana yeni hücum ola bilər - KİV

DÜNYA

20 Noyabr 2026 | 19:27 | Müəllif: Subhan Mahmudov

İrana yeni hücum ola bilər - KİV

ABŞ və İsrail yaxın gələcəkdə İrana qarşı yeni bir hücum ehtimalını nəzərdən keçirirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “CBS News”mənbələrə istinadən məlumat yayıb.

“Vəziyyətdən xəbərdar olan mənbələrin bildirdiyinə görə, İsrail və ABŞ qısa müddət ərzində İrana qarşı yeni bir hücum həyata keçirmək imkanını müzakirə edirlər”, - məlumatda deyilir.

Bildirir ki, İsrail rəsmiləri İranın öz raket imkanlarını sürətlə bərpa etməsindən narahatdırlar. Onlar həmçinin İslam Respublikasının öz hərbi və nüvə obyektlərini tələsik şəkildə yeraltı komplekslərə köçürməsindən də narahatlıq keçirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR