• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - VİDEO

DÜNYA

20 Noyabr 2026 | 15:48 | Müəllif: Əli Hüseynov

"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - VİDEO

İran Prezidenti Məsud Pezeşkian Tehran Universitetində tələbələrlə görüş zamanı ölkədə enerji istehlakının azaldılmasının vacibliyindən danışıb.

Bakıvaxtı.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Pezeşkian prezident olmasına baxmayaraq, evində istilik cihazlarını yandırmadığını, gecələr isə soyuqdan qorunmaq üçün paltarla yatdığını bildirib.

"Mən evimdə sizin kimi yatmıram. Mən prezidentəm, amma gödəkçə və paltarla yatıram. Evimdə heç bir isitmə cihazı yoxdur. İnanmayanı evimə aparıb göstərə bilərəm", - deyə Pezeşkian bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026