Noyabrın 27-də Bakıda Estoniya Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, mərasim Azərbaycan və Estoniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edirlər.
Estoniyanın XİN başçısı ölkəsinin Dövlət bayrağını səfirliyin yerləşdiyi binanın qarşısında ucaldıb.
Mərasimə, həmçinin Koreya Respublikası, İsveç, Niderland, Latviya, Almaniya, Belçika və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri qatılıblar.
Qeyd edək ki, Azərbaycanla Estoniya arasında diplomatik münasibətlər 1992-ci il aprelin 20-də qurulub.
Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirilir
SİYASƏT
27 Noyabr 2026 | 11:03 | Müəllif: Əli Hüseynov

SON XƏBƏRLƏR
09:11
26 Noyabr 2026















