• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Adəm Məmmədova yenidən cinayət işi açıldı

CƏMİYYƏT

20 Noyabr 2026 | 13:47 | Müəllif: Zeynəb Rzayeva

Adəm Məmmədova yenidən cinayət işi açıldı

Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur.

Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq tərəfindən axtarışa verilib.

Qeyd edək ki, A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədovun sonradan ölkədən getdiyi bildirilir.

İndiki cinayət işində isə o, bir nəfərin üstünə hücum çəkib, sağlamlığına ziyan vurmaqda təqsirləndirilir. Hazırda hərtərəfli istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026