• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qalatasaray”ın baş məşqçisi meydandan kənarlaşdırıldı

İDMAN

21 Noyabr 2026 | 20:18 | Müəllif: Gülşən Şərif

“Qalatasaray”ın baş məşqçisi meydandan kənarlaşdırıldı

Super Liqanın 12-ci turunda “Qalatasaray”- “Samsunspor” matçının son fiti səsləndikdən sonra baş verənlər gündəm olub.

Bakıvaxtı.az xəbər verir ki, matç başa çatdıqdan sonra hakim Ali Şansalanla əl sıxmayan “Qalatasaray”ın baş məşqçisi Okan Buruk ikinci sarı vərəqin ardından qırmızı kartla meydandan kənarlaşdırılıb.

Bu qırmızı vərəqə ilə təcrübəli mütəxəssis, Super Liqanın 13-cü turunda “Qalatasaray”ın “Beşiktaş”a qarşı keçirəcəyi derbi matçında komandasına kənardan rəhbərlik edə bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray” öz meydanında “Samsunspor”u 2-1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026