Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində baş verib.
Belə ki, Bakı şəhər sakini olan 4 yaşlı S.B-ni küçə iti dişləyib.
Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
















