İspaniyanın "Real Madrid" futbol klubu belçikalı qapıçı Tibo Kurtua ilə müqaviləni yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 30 iyun 2028-ci ilədək qüvvədə olacaq.
Qeyd edək ki, 34 yaşlı qolkiper 2018-ci ilin yayından "Real Madrid"in formasını geyinir.
















