• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər

İDMAN

21 Noyabr 2026 | 10:31 | Müəllif: Əli Hüseynov

Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər

UEFA İntizam Komitəsinin Andorra – Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir.

Bakıvaxtı.az Sportliqa.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub.

Lakin sonradan məlum olub ki, Bədavi Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb.

Maraqlıdır ki, AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da Bədavi Hüseynovun adı yer almayıb.

İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə post Facebook və Instagram hesablarından silinsə də, Threads platformasında qalıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR