• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır

DÜNYA

21 Noyabr 2026 | 18:40 | Müəllif: Gülşən Şərif

Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır

ABŞ Prezidenti Donald Trampın komandası Miladdan əvvəl Ukrayna və Rusiya ilə yeni sülh danışıqları təşkil etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib .

Onun sözlərinə görə, tezliklə texniki görüşlər keçiriləcək: "Hazırda əsas məqsəd qarşıdan gələn danışıqların məzmununu və nəticəsini müəyyən etməkdir. Yalnız bundan sonra üçtərəfli görüşün harada və nə vaxt keçiriləcəyi barədə razılığa gəlmək olar. Lakin Vaşinqton artıq onu Miladdan əvvəl keçirmək istədiyini açıq şəkildə bildirib".

Zelenski ABŞ-nin bu təklifi ilə razılaşdığını vurğulayıb. O hesab edir ki, nəticə nə qədər tez əldə olunarsa, bir o qədər yaxşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026