• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ləfxanımın atası Xocalıda dəfn olundu - FOTOLAR

CƏMİYYƏT

20 Noyabr 2026 | 20:23 | Müəllif: Subhan Mahmudov

Ləfxanımın atası Xocalıda dəfn olundu - FOTOLAR

Ləfxanımın atası, Xocalı soyqırımının canlı şahidi Salman Mahmudov dünyasını dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat yayıb. 

O bildirib ki, Salman Mahmudov bu gün Xocalıda dəfn olunub.

Qeyd edək ki, Salman Mahmudov Xocalı soyqırımının şahidi Ləfxanımın atasıdır. 

1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım, illər sonra 44 yaşında doğma torpağında yeni həyata başlayıb. O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.

“Allah heç bir kişini, atanı, qardaşı qadın qarşısında aciz qoymasın. Bax o zaman kişilər aciz idilər. Atamın dişlərini çəkmişdilər, qabırğalarını sındırmışdılar. Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa da, günlərlə tanımamışıq”, - deyə Ləfxanım illər əvvəl müsahibələrinin birində demişdi.


Ləfxanımın atası Xocalıda dəfn olundu - FOTOLARLəfxanımın atası Xocalıda dəfn olundu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026