Tacikistan hakimiyyəti 20 noyabr 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılan Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması ilə bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi bildiriş təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu, BMT-nin Baş katibi Antonio Quterreşin 23 noyabrda təqdim etdiyi sənədlərdə təsdiqlənib.
Nəşrin məlumatına görə, Düşənbənin Roma Statutunda iştirakını dayandırması barədə bəyanatı 20 noyabr 2026-cı ildə alınıb. Buna görə də, çıxış proseduru ilə nəzərdə tutulan bir illik müddət gələn ilin 20 noyabrında başa çatacaq.
















