Çempionlar Liqasının V turu çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” (İspaniya) oyunu öncəsi maraqlı statistik göstəricilər açıqlanıb.
Bakıvaxtı.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun avrokuboklarda keçirdiyi 26 oyunun heç biri qolsuz heç-heçə ilə başa çatmayıb. Valdas Dambrauskasın kollektivi bu mövsüm qitənin ən nüfuzlu klub yarışında 7 qələbə və 5 məğlubiyyət alıb. Bakı təmsilçisi bu qarşılaşmalarda 5 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb.
Qonaq “Barselona” isə qrup mərhələsi və liqa mərhələsində keçirdiyi son 19 oyunun 17-də ən azı iki qol vurub. Kataloniyalılar son 12 səfər matçının hər birində qapısında qol görüb.
“Barselona” Çempionlar Liqasında keçirdiyi son 11 oyunun yalnız ikisində məğlub olub. Komanda bu müddətdə 8 qələbə qazanıb, bir dəfə heç-heçə edib. La Liqa təmsilçisi cari mövsümdə keçirdiyi 4 oyunun üçündə qalib gəlib.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.
















