Könül Baxşəliyeva həmkarı Ada Süleymanın vəfatı ilə bağlı kədərli paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, paylaşımda qeyd olunub:
"Mənim üçün çox ağırdır bunu paylaşmaq. Çünki bu bizim "YouTube" kanalı üçün intro idi. Arzularımız çox idi, planlarımız böyük idi. Mən Adanı itirməyəcəm, dünən yeni yaşını qeyd elədik və söz verdi mənə hər şey gözəl olacaq. Ada, mən səni unutmayacam, həmişə mənə deyirdi: 'Ölən bacımın adı Könül idi'. Bu Könüldən ayrılıb o Könülə getdin. Ruhun şad olsun, Adam!".
Murad İsmayıl

















