• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Millimizinin daha iki üzvü yarımfinala yüksəlib

İDMAN

22 Noyabr 2026 | 11:46 | Müəllif: Günəş Mərd

Millimizinin daha iki üzvü yarımfinala yüksəlib

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha iki üzvü yarımfinala yüksəlib.

    Bilalhəbaşi Nəzərov (50 kq) Filip Horvatı (Çexiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). İkiqat Avropa çempionumuz yarımfinalda David Zaxari (İsrail) ilə döyüşəcək.

    Zidan Hünbətov (55 kq) Nikola Maksimoviçdən (Serbiya) güclü olub. O, rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Hünbətov finala gedən yolda Kristofer İppokratla (Fransa) qarşılaşacaq.

    Beləliklə, yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) da bu hüquqa yiyələnib.

    Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar noyabrın 24-də olacaq. 


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026