• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İndoneziyada yanğında 3 nəfər ölüb, 36 nəfər itkin düşüb

    DÜNYA

    22 Noyabr 2026 | 09:26 | Müəllif: Günəş Mərd

    İndoneziyada yanğında 3 nəfər ölüb, 36 nəfər itkin düşüb

    İndoneziyanın Çikande sənaye zonasında yerləşən şirniyyat fabrikində baş verən yanğın nəticəsində üç nəfər həlak olub, 19 nəfər xilas edilib. Daha 36 nəfərin axtarışları davam etdirilir.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

    Xilasetmə əməliyyatında iştirak edən polis əməkdaşının sözlərinə görə, itkin düşən 36 nəfərin axtarışı davam edir, üç nəfərin isə meyiti aşkar edilib.

    Xilas edilən 19 nəfərdən dördünün xəsarət aldığı bildirilir.

    İlkin məlumata görə, yanğın baş verən zaman fabrik binasında təxminən 60 nəfər olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026