• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistanda 11 nəfər spirtli içkidən öldü

DÜNYA

22 Noyabr 2026 | 00:58 | Müəllif: Gülşən Şərif

Hindistanda 11 nəfər spirtli içkidən öldü

Hindistanın şimal-şərqindəki Manipur ştatında ehtimal olunan saxta spirtli içkinin qəbul edilməsindən sonra 11 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Cümə günü verilən məlumata əsasən, zəhərli içkidən istifadə etdiyi ehtimal olunan 180-dən çox sakin Manipur xəstəxanalarına yerləşdirilib.

Yerli medianın məlumatına görə, rəsmilər son bir həftə ərzində Manipurun Suqnu şəhərindən alınmış spirtli içkini qəbul edən sakinləri tibbi müayinədən keçməyə çağırıblar. Polis komissarının müavini isə əhaliyə mənşəyi məlum olmayan spirtli içkilərdən istifadə etməməyi tövsiyə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026