Xəbər verdiyimiz kimi, Bakının Lökbatan qəsəbəsində baş vermiş qəzada dünyasını dəyişən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub. Aparıcı yaxınları ilə doğum gününü qeyd edib və evinə qayıdarkən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı qəzadan öncə "Instagram" hesabında bunları yazıb:
"Əzizlərim, bu, bir doğum günü deyil... Bu, bir HESABATDIR!
Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı..
Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir. Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var!
Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram...
Sevgilərlə, Sizin ADA...".
















