Yaponiyanın Kobe şəhərində keçirilən Milad sərgisində Şaxta baba ənənəvi qırmızı deyil, boz rəngli kostyumda təqdim olunub.
Bakıvaxtı.az Yaponiyanın rəsmi Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, buna səbəb ölkədə qiymətlərin artması və yeni qırmızı kostyumun baha olmasıdır. Qeyd edilib ki, Şaxta baba fiquru şəhərin tarixi Kitano rayonundakı Uroko Evi muzeyinin damında nümayiş etdirilib. Sərginin təşkilatçıları bildiriblər ki, Yaponiyada ərzaq, geyim və gündəlik tələbat malları bahalaşdığı üçün bu il Şaxta babanın geyimi də dəyişib.
Məlumata görə, sentyabr ayında Yaponiyada istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artıb.
Qeyd edək ki, 2009-cu ildən təşkil olunan ənənəvi Milad sərgisində ilin maraqlı hadisələrini əks etdirən fiqurlar nümayiş etdirilir. Bu il sərgi dekabrın 27-dək davam edəcək.
















