• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəblərdə payız tətili başa çatdı

CƏMİYYƏT

23 Noyabr 2026 | 09:03 | Müəllif: Əli Hüseynov

Məktəblərdə payız tətili başa çatdı

Bu gündən – noyabrın 23-dən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib.

Şənbə və bazar günləri də nəzərə alınmaqla beş günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bu gündən dərslər bərpa olunub.

Altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə dərslər noyabrın 21-dən başlayıb.

Qeyd edək ki, payız tətili məktəbəhazırlıq qruplarına da şamil edilib.

Xatırladaq ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026