• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı - FOTOLAR 

CƏMİYYƏT

22 Noyabr 2026 | 12:22 | Müəllif: Günəş Mərd

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı - FOTOLAR

Xankəndidə "Prezident kuboku" uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, 300-ə yaxın idmançı və iştirakçının mübarizə apardığı yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, atletikanın inkişafı və bölgədə idmana marağın artırılmasıdır.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, Qarabağ Universitetinin Sağlam Həyat Mərkəzinin direktoru və Azərbaycan Atletika Federasiyasının baş katibi iştirak edib.

Yarışın sonunda müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib. Fərqlənən idmançılar medal və kuboklarla mükafatlandırılıblar.


Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı - FOTOLARXankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı - FOTOLARXankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı - FOTOLARXankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı - FOTOLARXankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı - FOTOLARXankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026