• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Neftçi" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib

İDMAN

22 Noyabr 2026 | 16:26 | Müəllif: Günəş Mərd

"Neftçi" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib

Misli Premyer Liqasının XII turunda "Neftçi" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib.

Bakı komandasının heyətində Qustavo Klisman (19, 74) və Draqolyub Saviç (70) fərqləniblər Qonaqların futbolçusu Rüfət Abbasov (82) isə topu öz qapısına yollamaqla avtoqol müəllifi olub.

Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 27-ə çatdıraraq turnir cədvəlində vahid liderə çevrilib.

"Araz-Naxçıvan" isə 4 xalla sonuncu - on ikinci sırada qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026