• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu

CƏMİYYƏT

22 Noyabr 2026 | 19:20 | Müəllif: Zeynəb Rzayeva

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub.

Hadisə iş adamı azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Silahlı hücumun maliyyə mübahisəsi zəminində baş verdiyi ehtimal edilir.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Həmin şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirak etməkdə ittiham olunur.

Hadisə ilə əlaqəsi olduğu bildirilən ikinci şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026