Braziliyanın sabiq prezidenti Jair Bolsonaro bağırsaq keçməzliyi səbəbilə reanimasiya şöbəsində müalicə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.
Onun vəziyyəti stabil olaraq qiymətləndirilir, lakin hələlik xəstəxanadan buraxılması planlaşdırılmır.
Məlumata görə, Bolsonaroda qarın boşluğunun kəskin obstruktiv patologiyası aşkarlanıb və müalicəyə başlanılıb.
















