• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Saxlanılan narkobaronu "Musiqiçi" əvəz edəcək: Qorxunc hadisələr gözlənilir

SİYASƏT

23 Noyabr 2026 | 14:14 | Müəllif: Əli Hüseynov

Saxlanılan narkobaronu "Musiqiçi" əvəz edəcək: Qorxunc hadisələr gözlənilir

Meksikada ən çox axtarılan narkobaronlardan biri, "El Çapo İsidro" kimi tanınan Faust İsidro Mesa Flores hərbçilər tərəfindən saxlanılılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, "The Wall Street Journal" nəşri bundan sonra dəhşətli hadisələrin olacağı ehtimalından yazıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, onun həbsi onsuz da ərazi uğrunda müharibələrdə boğulan bölgədə "partlayış"a gətirib çıxara bilər. Onun varisi, çox güman ki, müavini - "Musiqiçi" ləqəbli Oskar Qastelum olacaq. Lakin dəyişiklik xüsusən də Meksika narkotik ticarətinin beşiyi olan Sinaloada nadir hallarda sakit baş verir.

Son iki ildə fentanilin ən böyük istehsalçısı olan Sinaloa karteli təsisçilərin oğulları - İsmael "El Mayo" Zambada və Xoakin "El Çapo" Qusmanın fraksiyaları arasındakı müharibə nəticəsində parçalanıb. İtkilər artıq dəhşətlidir: təxminən yeddi min nəfər ölən və itkin düşənlər var.

Xatırladaq ki, həbs noyabrın 20-də axşam Sinaloa ştatının Quasave şəhərində atışmadan sonra baş verib: xüsusi təyinatlı qüvvələr hərbi helikopterlərin dəstəyi ilə yüzlərlə yaraqlı ilə toqquşublar. Dörd əsgər və ən azı yeddi yaraqlı həlak olub.

44 yaşlı Mesa Flores iyirmi il ərzində cinayətkar aləmin zirvəsinə yüksəlib. O, Beltran Leyva kartelinin qalıqlarına rəhbərlik edib, Sinaloanın şimalı üzərində nəzarəti möhkəmləndirib, sonra isə təsirini Kuliakana qədər genişləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026