• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yamal "Sabah"a qarşı oynaya bilməyəcək

İDMAN

23 Noyabr 2026 | 13:43 | Müəllif: Əli Hüseynov

Yamal "Sabah"a qarşı oynaya bilməyəcək

İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasında “Sabah”la keçirəcəyi oyun öncəsi itki ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Lamin Yamal zədə səbəbindən Azərbaycan çempionuna qarşı oynaya bilməyəcək.

    Məşqçilər korpusu sağ ayaq biləyində narahatlıq olan 19 yaşlı hücumçunu səfər heyətinə daxil etməmək qərarına gəlib.

    Zədəsinin ciddi olmadığı bildirilən Yamalın noyabrın 29-da “Deportivo”ya qarşı keçiriləcək İspaniya La Liqası matçına hazır olması gözlənilir.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Görüş saat 21:45-də başlayacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR