• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həmid Bord: İranın neft hasilatı sabitdir

DÜNYA

23 Noyabr 2026 | 16:36 | Müəllif: Əli Hüseynov

Həmid Bord: İranın neft hasilatı sabitdir

Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Azərbaycanla əməkdaşlıq barədə razılıq əldə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın neft nazirinin səlahiyyətlərini icra edən Həmid Bord apa-ya açıqlamasında bildirib.

    O, Azərbaycanın energetika naziri ilə keçirdiyi son görüşlər və əldə olunan razılaşmalar barədə danışıb.

    Həmid Bordun sözlərinə görə, Azərbaycanla bir neçə istiqamət üzrə danışıqlar aparılıb və əsas məsələlərdə razılıq əldə olunub. Belə ki, tərəflər Xəzər dənizində neft və qaz yataqlarının işlənməsi sahəsində əməkdaşlıq, eləcə də qaz tranziti məsələlərini müzakirə ediblər və bu istiqamətlər üzrə ümumi razılığa gəliblər.

    Həmid Bord qeyd edib ki, razılaşmaların həyata keçirilməsi üçün bəzi texniki məsələlər mövcuddur və onların Azərbaycan tərəfindən həll edilməsi lazımdır.

    İranda hazırkı şəraitdə neft hasilatının vəziyyətinə toxunan Bord bildirib ki, neft hasilatı sabitdir, qaz hasilatı isə artmaqdadır. O, həmçinin, benzin və dizel yanacağı istehsalının 10 faiz artdığını vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR