• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sərnişin qatarlarına 26 dəfə daş atılıb

CƏMİYYƏT

23 Noyabr 2026 | 17:27 | Müəllif: Əli Hüseynov

Sərnişin qatarlarına 26 dəfə daş atılıb

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılması halı qeydə alınıb.

Bakıvaxtı.az bu barədə ADY-yə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 %-ə yaxın azalma olsa da, hədəf tamamilə təhlükəsiz nəqliyyat sistemidir.

Aşkarlanmış faktlarla bağlı Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir faktla bağlı müvafiq araşdırma aparılıb.

"Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırır. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir", - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR