• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb

DÜNYA

24 Noyabr 2026 | 00:43 | Müəllif: Subhan Mahmudov

ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb

ABŞ 2026-cı ilin yanvar-sentyabr aylarında mayeləşdirilmiş təbii qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21 % artıraraq 133,9 milyard kubmetrə çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, ABŞ Energetika Nazirliyinin aylıq hesabatında öz əksini tapıb.

Ən böyük tədarük istiqaməti Amerika ixracının 56 %-nin, yaxud milyard kubmetrinin payına düşdüyü Avropa olub. Asiya ölkələrinə təxminən 38 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (ümumi həcmin 28%-i) tədarük edilib. Eyni zamanda, Asiya istiqamətində ixrac illik müqayisədə 86 % artıb.

Hesabat dövründə Amerika mayeləşdirilmiş təbii qazının ən böyük idxalçıları Misir (14 milyard kubmetr), Niderland (13,9 milyard kubmetr), İtaliya (11 milyard kubmetr), Fransa (9 milyard kubmetr) və İspaniya (8 milyard kubmetr) olub.

Sentyabr ayında ABŞ 15,1 milyard kubmetr mayeləşdirilmiş təbii qaz ixrac edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 17,9 % çoxdur. Ay ərzində ümumilikdə 178 qaz tankeri yola salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026