• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib

SİYASƏT

23 Noyabr 2026 | 22:24 | Müəllif: Subhan Mahmudov

Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib

Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"COP31-in mükəmməl təşkilinə görə qardaş Türkiyəni təbrik edirik. Müstəsna qonaqpərvərlik və diqqətəlayiq liderlik üçün dərin minnətdarlığımızı bildiririk", - Y. Rəfiyev qeyd edib.

COP29-un baş danışıqçısı vurğulayıb ki, iqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusun əldə edilməsi həmişə mümkün olmaya bilər, lakin ona nail olmaq əzmi ən yüksək hörmətə layiqdir.

"COP32-yə gələcək sədrliyi öz üzərinə götürəcək Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - nazir müavini bildirib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR