• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabiq komitə sədrinin binası dördüncü dəfə hərraca çıxarılır

CƏMİYYƏT

23 Noyabr 2026 | 19:21 | Müəllif: Subhan Mahmudov

Sabiq komitə sədrinin binası dördüncü dəfə hərraca çıxarılır

“İrşad” İslam Araşdırmaları Mərkəzinə məxsus 6 mərtəbəli binanın satışına dair qanunsuz hərracın növbəti mərhələsi noyabrın 29-da keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mərkəzin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev açıqlama yayıb.

R.Əliyev bildirib ki, noyabrın 22-də Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elektron hərracda binanın satışına alıcı tapılmayıb: "Bununla belə, mübahisəli əmlakın noyabrın 29-da dördüncü dəfə hərraca çıxarılması nəzərdə tutulur".

R.Əliyev binanın satışının qanunsuz olduğunu iddia edərək, potensial alıcıların da əmlakın hüquqi statusu ilə bağlı riskləri nəzərə aldıqlarını bildirib. Onun sözlərinə görə, binada əsaslı təmir işləri aparıldıqdan sonra texniki pasportun, yeni çıxarışın alınması və digər sənədləşmə proseslərində ciddi problemlər yarana bilər.

Rafiq Əliyev qeyd edib ki, əmlakla bağlı məhkəmə prosesi davam edir və bu prosesin nəticəsi binanın satışının hüquqi əsaslarına təsir göstərə bilər.

O, hərracın keçirilməsi ilə bağlı artıq şikayət verdiyini bildirib və hüquqi müstəvidə ədalətin təmin olunacağına inandığını vurğulayıb.

Rafiq Əliyev məsələnin hüquqi müstəvidə həll ediləcəyinə və haqqın qorunacağına əmin olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR