• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı

DÜNYA

23 Noyabr 2026 | 22:45 | Müəllif: Subhan Mahmudov

Vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı

ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın həmtəsisçisi Censen Huanqın yenidən baş icraçı direktor vəzifəsinə qaytarılmasından sonra şirkətin səhmləri 31 faizdən çox bahalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, qərar ABŞ fond bazarına da müsbət təsir göstərib. “Nasdaq” indeksi təxminən 6 faiz, “S&P 500” isə 4 faiz yüksəlib. Huanqın vəzifəsinə qayıtması kriptovalyuta bazarında da artımla müşayiət olunub. Bitkoinin qiyməti 6 faiz bahalaşaraq 64,3 min dollara çatıb.

Xatırladaq ki, Huanq noyabrın 12-də nikahdankənar münasibətləri, o cümlədən Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibəti barədə iddialardan sonra istefa vermişdi. Pekin həmin ittihamları rədd edib.

Bu gün isə “Nvidia”nın Direktorlar Şurası ABŞ rəsmiləri ilə məsləhətləşmələrdən sonra Huanqın vəzifəsinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR