• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Barselona" Bakıya gəldi

İDMAN

23 Noyabr 2026 | 20:55 | Müəllif: Subhan Mahmudov

"Barselona" Bakıya gəldi

Bakıda "Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, İspaniya təmsilçisi Bakıya səfəri çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Son ölkə çempionunun baş məşqçisi Hans-Diter Flik dörd futbolçu - Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamalın xidmətindən yararlana bilməyəcək.

"Barselona"nın Bakıya gətirdiyi futbolçular: Joan Qarsiya, Juan Kanselu, Alexandro Balde, Brayan Farinyas, Pau Kubarsi, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Rafinya, Voytsex Şesnı, Karim Adeyemi, Entoni Qordon, Jerar Martin, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Jül Kunde, Erik Qarsiya, Dominik Livakoviç, Cessi Bisivu, Aleks Kampos.

Xatırladaq ki, Liqa mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də start götürəcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR