Noyabrın 23-də Üzeyir Hacıbəylinin ev-muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli irsinin Azərbaycan radiosunda təbliği” kitabının təqdimat mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə muzeyin direktoru Sərdar Fərəcov, professor Gülnaz Abdullazadə, yazıçı Mustafa Çəmənli, jurnalistlər Dilşad Tahirqızı, Şəfəq Əlixanlı və dosent Nuridə İsmayılzadə çıxış edərək bəstəkarın irsi və kitabın əhəmiyyəti haqqında danışıblar. Tədbir bədii musiqi nömrələri ilə başa çatıb.
Xatırladaq ki, 2026-cı ildə Azərbaycan radiosunun 100, televiziyasının isə 70 illik yubileyləri qeyd olunur.
















