• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

38 yaşlı aktyor faciəli şəkildə öldü

ŞOU

20 Noyabr 2026 | 17:54 | Müəllif: Əli Hüseynov

38 yaşlı aktyor faciəli şəkildə öldü

Amerikalı aktyor Aleksandr (Aleks) Haskin Los-Ancelesdə, Santa-Monika sahillərində boğularaq həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Bildirilir ki, 38 yaşlı aktyor noyabrın 16-da Santa-Monika körpüsündən suya düşüb. Təxminən 50 dəqiqə sonra xilasedicilər onun meyitini sudan çıxarıblar. Həkimlərin onu həyata qaytarma cəhdləri nəticə verməyib.

İlkin məlumatlarda aktyorun hadisədən əvvəl bir qadınla mübahisə etdiyi iddia olunsa da, polis bu versiyanı təkzib edib. Müşahidə kameralarının görüntülərinə əsasən, Aleks hadisədən əvvəl tək imiş və heç kimlə ünsiyyətdə olmayıb.

Aktyorun atası Dana Haskin sonuncu dəfə oğlu ilə bazar ertəsi səhər saatlarında danışdığını bildirib. Onun sözlərinə görə, Aleks ona qısa və qəribə məzmunlu mesaj göndərib. Ata mesajın təfərrüatlarını açıqlamaq istəməyib. O, oğlunun üzməyi bacardığını da vurğulayıb.

Hazırda aktyorun intihar edib-etməməsi araşdırılır.

Qeyd edək ki, Aleks Haskin “Sən” və “Mayyalılar” seriallarında epizodik rollar ifa edib. O, vaxtilə ABŞ Hərbi Hava Qüvvələrində hərbi polis zabiti kimi xidmət edib, daha sonra fərdi məşqçi kimi çalışıb. Aktyorun üç qardaşı və bir bacısı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR