• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir

SİYASƏT

20 Noyabr 2026 | 15:00 | Müəllif: Əli Hüseynov

AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir

Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlidən narazılığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, deputat "TNS" tv-yə müsahibəsində bildirib ki, Vüsal Nəsirliyə dəfələrlə zəng etsə də, onun zənglərinə cavab verməyib:

"İki aydan çoxdur ki,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirliyə zəng edirəm. Çoxsaylı insanlardan ona mesaj da göndərdim ki, zənglərimə cavab versin. Ancaq 2 ay ərzində 12-15 dəfə zəng etmişəm. Mən zəng edib, ondan özümə yol çəkdirməyi istəmirəm ki, mənə cavab verməsin. Çoxsayı vətəndaş müraciətindən sonra onunla danışmaq istəmişdim. Ancaq təəssüf ki, heç bir telefon zənginə cavab vermədi". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026