• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Aqressiv sərnişin avtobusun şüşələrini sındırıb qaçdı - Video

HADİSƏ

20 Noyabr 2026 | 11:02 | Müəllif: Əli Hüseynov

Aqressiv sərnişin avtobusun şüşələrini sındırıb qaçdı - Video

Dünən paytaxtın Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxs 65 saylı müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JP-013 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlanılmasını təlbə edib. Sürücü ona avtobusu qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, həmin şəxs əsəbi halda tələblərinə davam edib və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirərək xuliqanlıq əlamətləri daşıyan hərəkətlərə yol verib.

Həmin şəxs avtobusun salonunda quraşdırılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş avadanlığına zərər vurub, daha sonra avtobusun ön qapısının şüşəsini təpik zərbəsi ilə sındıraraq hadisə yerindən uzaqlaşıb.

Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə videogörüntüyə alınıb.

Faktla bağlı polisin “102” qaynar xəttinə məlumat verilib, müvafiq tədbirlər görülür.

Hadisəni əks etdirən görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026