• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik

CƏMİYYƏT

20 Noyabr 2026 | 10:52 | Müəllif: Əli Hüseynov

Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik

Elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizliyin təmin edilməsi üçün dəbilqədən istifadənin məcburi norma kimi müəyyənləşdirilməsi, eləcə də dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.

Qeyd olunub ki, Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı insanların, xüsusilə uşaqların həyat və sağlamlığına təsir edə biləcək risklər araşdırılıb. Bu sahədə münasibətlərin hüquqi tənzimlənməsi ilə bağlı da təhlil aparılıb.

Təhlilin nəticələrinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinə dair hüquqi tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, uşaqların müdafiəsi məqsədilə valideyn məsuliyyətinin gücləndirilməsi zəruri hesab edilib.

Bildirilib ki, araşdırma əsasında irəli sürülən təkliflər səlahiyyətli dövlət orqanı tərəfindən məqbul hesab olunub və qurumun normayaratma fəaliyyəti zamanı nəzərə alınacağı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026