• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"İmarət"də Qarabağ atlarının şousu - FOTOLAR

    CƏMİYYƏT

    20 Noyabr 2026 | 13:14 | Müəllif: Əli Hüseynov

    "İmarət"də Qarabağ atlarının şousu - FOTOLAR

    Ağdam Şəhəri Günü münasibətilə İmarət Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının şousu təqdim olunub.

    Bakıvaxtı.az xəbər verir ki, hərbi orkestrin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası, rəqs ansamblının çıxışları, eləcə də süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi nümunələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.

    Fotolar Azərtac


    "İmarət"də Qarabağ atlarının şousu - FOTOLAR"İmarət"də Qarabağ atlarının şousu - FOTOLAR"İmarət"də Qarabağ atlarının şousu - FOTOLAR"İmarət"də Qarabağ atlarının şousu - FOTOLAR"İmarət"də Qarabağ atlarının şousu - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026