• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kaliforniyada ZƏLZƏLƏ

DÜNYA

20 Noyabr 2026 | 11:39 | Müəllif: Əli Hüseynov

Kaliforniyada ZƏLZƏLƏ

ABŞ-nin Kaliforniya ştatının Monterey dairəsindəki Soledad şəhəri yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Qurumun məlumatına görə, zəlzələnin ocağı 6,7 km dərinlikdə yerləşib. Əvvəlcə yeraltı təkanların maqnitudası 5,4 olaraq qiymətləndirilirsə də, sonra 5,1 olaraq müəyyən edilib.

Episentr Soledaddan təxminən 20 km və Salinas şəhərindən 40 km məsafədə yerləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026