• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı

HADİSƏ

20 Noyabr 2026 | 09:53 | Müəllif: Əli Hüseynov

Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı

Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə cangüdəni arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

Bakıvaxtı.az “Teleqraf”a istinadən  xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.

Məlumata görə, həkimin sürücüsü işləyən, 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun cangüdəni ilə mübahisə edib.

Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Tərəflər arasında münaqişənin onlar evdə sərxoş vəziyyətdə olarkən baş verdiyi bildirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026