• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı

HADİSƏ

27 Noyabr 2026 | 12:39 | Müəllif: Əli Hüseynov

Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı

Polis avtoservisdə ustanın beş min manatını oğurlayan müştərini saxlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakının Nizami rayonunda yerləşən avtoservislərdən birində 5 000 manat pulun oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən İ.Çobanov saxlanılıb.

Araşdırmalarla məlum olub ki, hadisə Babək prospektində yerləşən avtoservislərdən birində baş verib. Belə ki, usta servisə gəldikdən sonra gündəlik geyimini çıxararaq asılqandan asıb və iş paltarını geyinib. Həmin vaxt avtomobilini servisə gətirən İ.Çobanov asılqandakı paltarın cibində olan 5 min manatı götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026