• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

2 ayı vuruldu, direktor işdən çıxarıldı

DÜNYA

27 Noyabr 2026 | 11:44 | Müəllif: Günəş Mərd

2 ayı vuruldu, direktor işdən çıxarıldı

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi Ankaranın Kızılcahamam rayonundakı Soğuksu Milli Parkında iki qəhvəyi ayının vurulması ilə bağlı araşdırma başladıb.

Bakıvaxtı.az xəbər verir ki, Nazirliyin sosial media hesabında yayılan açıqlamada bildirilib ki, Təftiş Şurası tərəfindən aparılan ilkin araşdırmanın nəticəsi olaraq milli parkın direktoru vəzifəsindən azad edilib.

Hadisə ilə bağlı istintaq bütün istiqamətlər üzrə davam etdirilir.

Digər tərəfdən, ayı balalarının izlənilməsi və təhlükəsizliyinin təmin olunması üçün Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi tərəfindən 25 nəfərlik mütəxəssis qrupu yaradılıb.

Ayıların yaşayış ərazisinin müxtəlif nöqtələrində 45 kamera tələsi quraşdırılıb. Onlardan 23-ü görüntüləri real vaxt rejimində ötürmək imkanına malikdir.

Bundan əlavə, 3 termal dron və gecəgörmə durbinləri vasitəsilə aparılan müşahidələr nəticəsində ayı balalarının sağlam olduğu müəyyən edilib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026